Qonaq Kitabı
Tərfi-gülşəndə genə bir güli-həmra görünür

Tərfi-gülşəndə genə bir güli-həmra görünür,

Türfə xoş-rəngü tərü tazəvü ziba görünür.

 

Baği-rizvandı bu ya səhni-gülüstani-İrəm,

Dövr ta dövr hamı sərvi-dilara görünür.

 

Laləvü gül qarışıb bir-birə, sübhanəllah!

Baxasan hər gülə bir bülbüli-şeyda görünür.

 

Lohəşəllah, görəsən cənnəti-Şəddadıdı bu

Ki, cəmii dərü divarı mütəlla görünür?!

 

Ən’əməllah ki, bu dərgahi-rəfiayə müdam,

Rizişi-ne’mətü ən’am bəraya görünür.

 

Qəsri-Firdövsə müqabildi bunun xərgahı,

Təxti-tavus əcəb aliyü ə’la görünür!

 

Həşmətü şövkətə bax üzmüdə xuddami-dəri,

Hər biri Xosrovü xaqan ilə həmta görünür.

 

Bu necə bəzmdi, yarəb, bu nə təmkinü vüqar

Ki, həmə şərti-ədəb bunda hüveyda görünür.

 

Həmd qıl iyzədə, torpağə düşüb üz yerə sürt,

Binəva, bax göyə gör əfsəri-Dara görünür.

 

Kimdi bu təxt-nişin səlli əla nami-xuda,

Taci-xurşidi Məhəmməd, şahi Dara görünür.

 

Başını sal aşağı, etmə təkəllüm əsla,

Gözünü dik yerə gör tudeyi-ğəbra görünür.

 

Baxma rüxsarına hərgiz ki, onun hər baxışı,

Aşiq öldürməyə bir xəncəri-bürra görünür.

 

Çeşmi-bəddən bu şəhi saxla, sən ey şahi cahan

Ki, bu şah aləmə bir lütfi-xudaya görünür.

 

Afərin, bəh-bəh əzin şahi-ədalət güstər!

Kainat üzrə genə rə’yəti-Kəsra görünür.

 

Nəqli şirindi bu, ya qisseyi-Yusifdir bu

Ki, tamam hərfləri lö’lövü lala görünür?

 

Bu necə şəkldi, yarəb, bu nə sün’i-qüdrət,

Sövləti-Heydəriyü heybəti-Musa görünür.

 

Surəti-şiri-xudanı necə çəkdi nəqqaş!

Ciqqeyi-əfsəri bir mehri-mücəlla görünür.

 

Saqiya, ruzi-əzəl camına möhtac olalı,

Xabə getdikcə, gözə sağəri-səhba görünür.

 

Səhvdən saxla, dilin, ey dəli kəctabi-zəman

Ki, sənin fər’i-ləbin əsl xətaya görünür.

 

Kimdi bu miri-kərəm, sahibi-şəmşiri-düdəm

Ki, minib Düldülə bir qatili-ə’da görünür?

 

Dövr edər daireyi-ərşdə pərgar-sifət,

Kimsə görməz ki, o bir bərqi-müşə’şa görünür.

 

Şahi-islami, ilahi, bu şəhənşahə müin

Eylə, sən kim, səbəbi-rahəti dünya görünür.

 

“Rəbbi-ərni” – deyərəm ta nə qədər canım var,

Mənbəi-cudü səxa bəhri-ətaya görünür.

 

Qoy desinlər, bəli, məxluq təmami ki, əyan,

Sayeyi, mərhəməti-qadiri, yekta görünür.

 

Üştibində genə iqbali-şəhi-dövranə

Bir duaguyi-kəmin bisərü bipa görünür.

 

Şah tə’rifi əcəb adəmi məğrur eylər,

Əlləməllah ki, bu bir şairi-ğərra görünür.

 

Bu əgər xəlq sözü həmpəri-simürğü deyil,

Niyə bəs Qafdə bir bəççeyi-ənqa görünür?!

 

Bu cünunun sözünə baxma get, ey əqli dayaz,

Ki, bunun sözlərinin əksəri lovda görünür.

 

Xidməti-piri-muğan qisməti-hər dun olmaz,

Dəli mehtər genə bir mayeyi-qovğa görünür.

 

Müddəti lal idi, indi kar olub, həmd olsun!

Özü bədxu, sözü bəd, bir şələ sövda görünür.

 

Dəli-divanə, nə qafil oturubsan hey-hey!

Nə’reyi-seyheyi-Şəbdizi səmasa görünür.

 

Bu, yəqin tərcümeyi-ayeyi-”mahaza”dır

Ki, həzin canim əra mehri-Züleyxa görünür.

 

Nə durubsan, dəxi pişvazə yügür, qıl tə’cil,

Ilqa, kim təntəneyi mürşüdi-dana görünür.

 

Kimdi bu şahi fərü şiri-nərü kuh şükuh,

Dağü daş hamı bütün bangi-dəraya görünür.

 

Yadıma düşdü genə ayeyi-”qulənküntüm”,

Cismi zarımda genə bəhri-təvəlla görünür.

 

Kimdi bu şəmsi-züha, bədri-düca, ərşi-sərir,

Allah, Allah, genə bir nuri-təcəlla görünür!

 

Bariləha, sən onun düşmənini eylə fəna,

Şəhri-qəlbimdə genə qəhri-təbərra görünür.

 

Zar könlümdə genə gərmdi həngameyi-eşq,

Dəşti-iməndə genə atəşi-Sina görünür.

 

Mehtəri-Sədri-cahan bir gözü qan, bir bədməst,

Bir çolax, bir gözü kor, bir dili lala görünür.

 

Kimdi, yarəb, genə bu şəm’i-hüda, mehri-ziya,

Mə’dəni-elmi-əla gənci-səraya görünür?

 

Qəddi-şümşadını gördükcə unutdum sərvi,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info