Qonaq Kitabı
Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim

Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim,

Bir şəhi-zərrin kəmər xaqanı gözlər gözlərim.

 

Qurmuşam dami-həvəs, səyyadi-şahinbaz tək,

Başlayıb xoş nəğmə, bir tərlanı gözlər gözlərim.

 

Əşhəbi-sərsər-xurami hər tərəfdən səyridib,

Gəlmişəm cövlanə, bir ceyranı gözlər gözlərim.

 

Nalə bünyad eyləyib, gözdən töküb rüxsarə əşg,

Vamiqi-biçarə tək Əzranı gözlər gözlərim.

 

Cəzbəsiz aşiq həqiqətdə cəmadi-məhz imiş,

Dəm çəkib, bir cəzbeyi-sübhani gözlər gözlərim.

 

Bir sitəmgər dilbəri-Leyli-vəşin Məcnuniyəm,

Düşmüşəm səhrayə, bir üryanı gözlər gözlərim.

 

Afitabi-eşqimi salmış ziyadən qürbi-vəsl,

Mahi-növ tək zülməti-hicranı gözlər gözlərim.

 

Dürri-guşimdir mənim: “Xeyrül kəlami qəllə dəll”,

Məhv edib siparəni, Qur’anı gözlər gözlərim.

 

Gah təlavət eylərəm “Səb’ül məsan”, gah “Həl’əta”,

Gah “Yasin”, gah “Ərrəhman”ı gözlər gözlərim.

 

Qisməti-əhli-səfadir sureyi-”Tövhidi-pak”,

Mən ki, daim badeyi-reyhanı gözlər gözlərim.

 

Saqiya, bir cür’ə ver şahi-Xorasan eşqinə,

Ruzü şəb ol nayibi-mövlanı gözlər gözlərim.

 

Ya Əli, ya övliya, ya Bülhəsən, ya Butürab!

Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər gözlərim.

 

Lafəta, illa, Əli, laseyf, illa, Zülfüqar

Seyheyi-Düldül-fələkcövlanı gözlər gözlərim.

 

Pərtövi -xurşidi-dərya əks zərrin nə’l mix,

Bədri-növ, ya peykəri-Cövzanı gözlər gözlərim.

 

Təşneyi-cami-visaləm, arzuməndi-visal,

Bir Əlliyi-aliyi-ə’lanı gözlər gözlərim.

 

Xosrovi-gərdun-sərurü padişahi-binəzir,

Bəhri-şövkət, bir mələk dərbanı gözlər gözlərim.

 

Mə’dəni-fəzlü kəramət, mənbəyi-cudü kərəm,

Şahi-aləm, xaceyi-Səlmanı gözlər gözlərim.

 

Ey ərrənlər sərvəri, ya şahi-dəryadil Əli,

Mehri-rəxşan, bir məhi-tabanı gözlər gözlərim.

 

Qüvvəti-bazunu gör, şəmşiri-cövhərdarə bax,

Qan tökən bir gözləri qan-qanı gözlər gözlərim.

 

Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv, məcv,

Xançobani can alan, can-canı gözlər gözlərim.

 

Qoyunu yüz eylədim, bu çöldə qışlaq etmənəm,

Zinəti-mülki-Muğan Ultanı gözlər gözlərim.

 

Fışqırıq çalıb çəkib hey-hayi-hu-hu dəmbədəm,

Ağkəmər, Dərgəc, Telazmanı gözlər gözlərim.

 

Çalkərə, Saqqırkərə, Qumral, Qəmər qoç gəldi qaç,

Yüzbasar, Dartantutan, Qaplanı gözlər gözlərim.

 

Məst olub saqi yıxıldı, etdi qəltan şişəni,

Mən hənuz ol sağəri-səhbanı gözlər gözlərim.

 

Bəndeyi-piri-Muğanəm, həmdəmim cami-şərab,

Munisim Hafiz, o xoş əlhanı gözlər gözlərim.

 

Nöqli-məclis, şəm’i məhfil, hardasan, gəl, ey Hüseyn!

Bir qəzəlxan bülbüli-xoşxanı gözlər gözlərim.

 

Iştiyaqın çox çəkər bu Şah Xətai bəhri, gəl,

Dərdiməndəm, neyləyim, dərmanı gözlər gözlərim.

 

Xizrə qismət oldu, olsun çeşmeyi-abi-bəqa,

Mən də zövqi-badeyi-həmranı gözlər gözlərim.

 

Gənci fəth etdim, tilismin eylədim zirü zəbər,

Onda amma bir qəvi Sə’banı gözlər gözlərim.

 

Yetmək olmaz gəncə, ta öldürməyincə əjdəri,

Acizəm, bir Museyi-Imranı gözlər gözlərim.

 

Əlhəzər bu əjdəhanın sətvətindən, əlhəzər!

Bir mühərriq atəşi-suzanı gözlər gözlərim.

 

Bilmişəm, axır bu köz dəryası qərq eylər məni,

Çarə yox, bir gövhəri-qəltanı gözlər gözlərim.

 

Bir qaranlıq evdə mənzil tutduğum bica deyil,

Xizr tək bir çeşmeyi-heyvanı gözlər gözlərim.

 

Başımın sevdası tüğyan eyləyib çox-çox genə,

Bir gözəl, göyçək, əcəb oğlanı gözlər gözlərim.

 

Mərhəba at oynadan oğlan, zəhi çapuksəvar!

Mehtəri-divanə bir Xanxanı gözlər gözlərim.

 

Səhl sandım eşqi əvvəl, bəs dedim baziçədir,

Indii gəl gör, mövceyi-tufanı gözlər gözlərim.

 

Vadiyi-fəqrü fənadə qalmışam heyranü mat,

Həlqeyi-zəncir tək zindanı gözlər gözlərim.

 

Fariğəm şahü gədadən, künci-vəhdət mənzilim,

Bir nəməd, bir pust, bir qəlyanı gözlər gözlərim.

 

Tərk edib islamı, tutdum məzhəbi-Ruhullahı,

Səcdə qıldım xaçə, bir rəhbanı gözlər gözlərim.

 

Din nədir, məzhəb nədir, mən aşiqi-divanəyəm,

Eylərəm məşqi-cünun, cananı gözlər gözlərim.

 

Məsti-cami-Sədr-afaqəm, qələndər məşrəbəm,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info