Qonaq Kitabı
Bircə bax gör açılıb o güli-həmra, həmra

Bircə bax gör açılıb o güli-həmra, həmra,

Ki, belə valeh olub bülbüli-şeyda, şeyda.

 

Mərhəba arizi-gülərəng, budur baği-behişt!

Nə əcəb sərvədi bu ya qədi-rə’na, rə’na.

 

Türki-xunrizdir, ol çeşmi-siyəhdən həzər et

Kim edər dinü dilü məzhəbi yəğma, yəğma.

 

Verdi can, aldı könül türreyi-zülfündə məqam,

Həmdülillah, birə min tutdu bu sövda, sövda.

 

Daneyi-xaldı bu, ya vətəni qümrüyi-dil,

Taqi-əbrudu bu, ya mənzəri-ə’la, ə’la?

 

Cəbheyi-mehri-müşə’şədi bu ya nuri-xuda,

Şəcəri-Turdu bu ya yədi-beyza, beyza?

 

Nisbəti yox pəriyə Gəzgəzin, Allah bilir,

Mələkin həddi nədi, huridi, hura, hura!

 

Müjə səf-səf çəkilib hər biri bir tir atır,

Cö’di-müşkindi bu ya ənbəri-sara, sara?

 

Mənə bu nəş’eyi-sərşardə saqi odur, o!

Ney kimi məndə nə var? Bir quru qovğa, qovğa.

 

Biri səhbadan olub məst, biri minadən,

Məni divanə qılıb bir gözü şəhla, şəhla.

 

Küfrdür qafiyədə bir sözü təkrar demək,

Mən mükərrər deyirəm: dur gəti mina, mina,

 

Saqi, adinə dolandı şəbi-məstan gəldi,

Dövrə gəlməzmi nədən sağəri-səhba, səhba.

 

Bilmərəm səc’i nədir, qafiyəni anlamanam,

Ey, qaradağlıyam, ver mənə xurma, xurma.

 

“Möhtərəm oğlu” deyirlər mənə, adım Məcnun,

Bir adım Xançobanı, bir bığı burma, burma.

 

Nə qələndərdi, nə dərviş, nə natiqdi, nə lal,

“Ma ərəfnak” ki deyirlər, budu həqqa, həqqa.

 

Bacı qardaşı deməz, ata-anasın bilməz,

Deginən bir ayı ya, bir dədi-səhra, səhra.

 

Tərk edib yarü rəfiqi, çəkilib pünhanə,

Gecə-gündüz oturub vahidü tənha, tənha!

 

Sənə qurban olum, ey Xızra verən abi-həyat,

Guşeyi-çeşmlə bir bax mənə, şaha, şaha!

 

Lütf qıl könlünü bir şad elə bu bərhəminin,

Gəl bu viranəyə bir ey bütü tərsa, tərsa.

 

Haqq bilir virdi-zəbanım gecə-gündüz sənsən,

Səndən özgə mənə mövla ola haşa, haşa!

 

Qənbərə çakər olan Qeysərə baş endirməz,

Nəçidir mehtər ola Düldülə Dara, Dara?

 

Tutiyi-nitqin edib ismi-əzimi əzbər,

Gah edər zikri cəli, gah edər ixfa, ixfa.

 

Zahid, əl çək, səni tari, yeri get, dəng etmə,

Sənə Allah gərəkdir, mənə mövla, mövla!

 

Içərəm qanını qəndab kimi, vallahi,

Tökərəm cəmdəyini itlərə şılta, şılta!

 

Bilmirəm harda idim, hansı çəmən seyrində,

Gəldilər xatirimə Vamiqü Əzra, Əzra.

 

Hədəfi-tiri-məlamətdi həqiqət Feyzi,

Heç salır gör məni bir yadına əsla, əsla!

 

Feyzi, tap yoldaşını hayla de molla Dadaşa,

Ey beli tirməli oğlan, donu xara, xara.

 

Nə təpirsən bu qədər çitü qədək dükkanə?

Ver dəyər-dəyməzə, al ətləsi-kimxa, kimxa.

 

Başını yırğala, bir silkələ balü pərini,

Həmlə qıl şir kimi, yuzi tək ovla, ovla.

 

Pırsıma kilkə toyuq tək, gözünü lap-lap aç,

Rəng çək, xalqı bütün hamını tovla, tovla.

 

Bəndi-rumi yerinə piçü xəmi zülf kimi,

Dörd tərəf yağı yatağı, şəbi-yəlda, yəlda.

 

Eşşəyi bizlə görək, sür yetişək yoldaşə,

Yatma, həmmam deyil, çöldü bu, molla, molla!

 

Qınama çox da onu əsli qaradağlıdır,

Gördü ənciri, dedi: hay budu alma, alma.

 

Məst qıldın məni, sərriştə əlimdən getdi,

Deyər idim qılaram indii nə inşa, inşa.

 

Həqdi Məcnuna qılam tə’nə, vəli, insafən,

Onu divanə qılan həqdi, nə Leyla, Leyla.

 

Ey minən Rəf-Rəfi, cövlan eləyən göylərdə,

Qabi-qövseynə yetən leyleyi-əsra, əsra.

 

Bisütun dağına get, ordadı Şirin, Şirin,

Üştibin bağına gəl burdadı Səlma, Səlma.

 

Orda bax qüdrəti-eşqi hünəri-Fərhadə,

Burda gör nəqşü nigari-güli-diba, diba.

 

Ismi-səlma deyilən yerdə gərək Tur olsun,

Bilmədim, əfv elə təqsirimi, yara, yara!

 

Düşmüşəm süd gölünə ey necə xamuş olanı,

Kəs dilin, yarə yet, ey aşiqi-risva, risva!

 

Sənə qurban demişəm ruzi-əzəl bu canı,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info