Qonaq Kitabı
Kilki-qüdrət ilə katibi-ğəza

 

Kilki-qüdrət ilə katibi-ğəza,
Maşallah, əcəb közü qaş çəkib!
Xəttü xalə verib xeyli nəzakət,
Siyəh zülfü hamısından baş çəkib.

Gərdənin, qamətin qiyaməti var,
Hərami ğəmzənin yüz afəti var,
Həqdi, tər buxağın lətafəti var,
Amma rüxi-alı çox qumaş çakib.

Tərhi bir özgədir incə miyanın,
O mərmər sinənin, bəyaz püstanın,
Ədən dəryasında dürci-dəhanın
İçində dürləri xoş təraş çəkib.

Məşuqun işidir cənk ilə cədəl,
Bilir rəsmü rahı, eyləməz əməl,
Çəkəndə aşiqi nəqqaşi-əzəl,
Dilində ah, gözlərində yaş çəkib.

Ol zalimü bədxu, şuxü sitəmkar
Zakirin halından deyil xəbərdar.
Eşq əhlini edən dərdə giriftar,
Heyf ki, xubları bağrı daş çəkib.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info