Qonaq Kitabı
Kilki-qüdrət ilə katibi-qəza

 

Kilki-qüdrət ilə katibi-qəza
Lövhi-cəbinində iki tağ çəkib.
Elə ki, yetişib ala gözlərə,
Hər birisin qaynar bir bulaq çəkib.

Olan səyin verib ləbü dəndana,
Onun üçün munca nəfi var cana.
Əzib ləli, qatıb abi-heyvana,
Qənd ilə yoğurub dil-dodaq çəkib.

Xubları çəkibdir şəhbazi-qəşəng,
Cilvəsində afət, ğəmzəsində cəng,
Qaşü kgzü xəttü xalı siyəhrəng,
Gərdəni, sinəni, üzü ağ çəkib.

Düzübdü səfheyi-rüxsarına dən,
Dami-keysulərə ilişir görən.
Xubları çoxbilən, məkkarü pürfən,
Aşiqi-miskini sadə-saq çəkib.

Zakirinəm, ey bivəfa dilbərim,
İntizar çəkməkdən yanıb cigərim;
Qoy baxsın üzünə həsrət gözlərim,
Müddətdir yolunda iştiyaq çəkib.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info