Qonaq Kitabı
Ey qönçədəhanım, tazə-tərlikdə

 

Ey qönçədəhanım, tazə-tərlikdə
Nə kül həmta olub, nə lalə sana.
Gərək közlərinə millər çəkilə
Hər kim desə vəhşi ğəzalə sana.

Məclisi-şahanə edəndə bərpa,
Düşər əl-ayağa sağərü səhba,
Dərgahına saqi eylər iltica,
Baş əyər sürahi, piyalə sana.

Qan tökər sübhü şam gözüm mərdümi,
Al .eylər dəmbədəm ruyi-zərdimi,
Yalvarıb yapışa, deyə dərdimi,
Tapşırmışam badi-şimalə, sana.

Açanda zülfündən bəndü bağı sən,
Pərişan eylərsən ittifaqı sən.
Can alansan, həramisən, yağısan,
Heç kafər olmasın həvalə sana.

Zakir, nə çəkirsən munca intizar,
Yad eyləyə səni mümkün deyil yar;
Nə qədər ki, sağdır qoyarmı əğyar
Yetişə ol şahdan nəvalə sana?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info