Qonaq Kitabı
Aralıqda meyü məhbub olmasa

 

Aralıqda meyü məhbub olmasa,
Bahar zimistandan bətərdir mana.
Gül görmək dəxi də dərdim artırır,
Tamaşayi-gülşən zərərdir mana.

Saqi, xoş hekayət istərsən əgər,
Bir cam ilə eylə damağımı tər.
Keyfiyyəti-badə, nəşəyi-sağər,
O Cəmşidi-Cəmdən xəbərdir mana.

Bu qədər ki, vardı dildə iztirab,
Ləli-ləbdən özgə söyləmə cavab;
Mən özüm bilirəm şərbəti-innab
Dəfi-hərarəti-cigərdir, mana.

Ruzi-qiyamətdə var çox əlamət,
Ehtiyatım yoxdu ondan nəhayət.
Görməsəm, başıma qopar qiyamət,
Sərvi-qədin məddi-nəzərdir mana.

Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm,
Zakirəm, şəfaət səndən istərəm.
Bir əməlim yoxdur, onda neylərəm
Deyələr tuşeyi-səfərdir mana.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info