Qonaq Kitabı
Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş

 

Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş,
Bu nə dindir, allah-allah, bütə səcdə vacib olmuş.

Əsəri-qəbuli-taət ona vermiş öylə halət
Ki, qülubi-əhli-halə hərəkatı cazib olmuş.

Fərəhim görüb, cəfasın həsənatə daxil eylər,
Nə mələk kim, ol pərinin əməlinə katib olmuş.

Nə əcəb gər olsa qəmdən dünümü günüm bərabər,
Nəzərimdən ol üzü gün neçə gün ki, qaib olmuş.

Qəmi-hicrdir kim, artar əsərilə eşq zövqü,
Qələt eyləmiş Füzuli ki, vüsalə talib olmuş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info