Qonaq Kitabı
Getdi əldən sənəmin sünbüli-mişkəfşani

 

Getdi əldən sənəmin sünbüli-mişkəfşani.
Yenə dövr etdi pərişan məni-sərgərdani.

Öylə mötad olubam atəşi-hicranına kim,
Görməsəm yandırar, əlbəttə, məni hicrani.

Göydə ahim yeli söndürdü çirağın günəşin.
Yerdə əşkim ayağa saldı düri-qəltani.

Göz bəyazinə çəkər ləllərin surətini,
Dəmbədəm xameyi-müjgan ilə, bağrım qani.

Çıxdı can kimsəyə izhar edə bilmən dərdim,
Nedəyin, ah, bu dərdin nə olur dərmani?

Ey sitəm daşını bidərdlərə zae edən!
Yapa gör bir neçə daş ilə dili-virani.

Versə can, yetməsə cananə, Füzuli, nə əcəb
Hər kişi kim, sevər öz cani üçün canani.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info