Qonaq Kitabı
Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz

 

Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz,
Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.

Xəmi-əbruyi-mişkinini görsə zahidi-kəcbin,
Dəxi qamət sücudi-guşayi-mehrabə xəm qılmaz.

Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim büt həm
Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz.

Cəfavü cövr ilə qan oldu bağrım, ya rəb, ol bədxu
Neçün tərk eyləməz bidadü cövrün, bir kərəm qılmaz.

Muradım giryədən kəsbi-qübari-rəhgüzarındır,
Gözüm yaşı dəmadəm çöhrəmi-bihudə nəm qılmaz.

Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin,
Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz.

Füzuli binəva, ta rövzeyi-kuyində sakindir,
Təmənnayi-behiştü meyli-gülzari-İrəm qılmaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info