Qonaq Kitabı
Nə görər əhli-cəfa məndə vəfadən qeyri

 

Nə görər əhli-cəfa məndə vəfadən qeyri.
Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri.

Ey olan sakini-məscid, nə bulubsan bilmən,
Buriyasında onun buyi-riyadən qeyri.

Gəl xərabatə, nəzər saqiyə qıl kim, yoxdur
Rüxi-safü meyi-safində səfadən qeyri.

Sərbəsər vadiyi-mehnətdirü ğəm mülki-vücud,
Bir fərağət yeri yox şəhri-fənadən qeyri.

Cümleyi-xəlq mənə yar üçün əğyar oldu,
Qalmadı kimsə mənə yar xudadən qeyri.

Əzmi-kuyində könül yarlıq istər bizdən,
Əlimizdən nə gəlir xeyr-duadən qeyri.

Fəqr imiş, fəqr, Füzuli, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradən qeyri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info