Qonaq Kitabı
Yıxdı saqi bir əyağ ilə məni-əfkarı

 

Yıxdı saqi bir əyağ ilə məni-əfkarı,
Bir təpik eylədi viran, bu kühən divarı.

Gah məmur qılır badə məni, gah xərab,
Görünüz gah yapıb, gah yıxan memarı.

Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək,
Gecələr yadimə gəldikcə məhi-rüxsarı.

Dil yaxar dağ gözün fikri ilə hicr günü,
Bu çirağiləmi saxlar gecə ol bimarı?

Yox özündən xəbəri kim ki, gəlir dünyayə,
Bəzmdən dışra qomaz, piri-müğan hüşyarı.

Bizə çün qədr bulunmaz, çıxalım dünyadən,
Müştəri yox, necə bir bəkliyəlim bazarı.

Qeydi-islam, Füzuli, sənə bir afətdir,
Bir həsar edə gör ondan özünə zünnarı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info