Qonaq Kitabı
Yaxma canım, naleyi-biixtiyarımdan saqın!

 

Yaxma canım, naleyi-biixtiyarımdan saqın!
Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın!

Su verər hər sübhdəm göz yaşı tiği-ahimə,
Çox məni incitmə, tiği-abidarımdan saqın!

Cövr odu yaxdı məni, yanımda durma, ey könül!
Bir tutuşmuş atəşəm, qürbü civarımdan saqın!

Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək,
Afəti-seyli-sirişki-biqərarımdan saqın!

Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə,
Çox həqarətlə nəzər qılma, qübarımdan saqın!

Durma qəbrim üzrə, ey eşq içrə mən tək olmayan,
Tənə daşidir sənə, səngi-məzarımdan saqın!

Şahi-mülki-möhnətəm, xeylü sipahim-dərdü qəm,
Xeyli-bihəddü sipahi-bişümarımdan saqın!

Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var,
Qıl həzər, ancaq mənim birəhm yarımdan saqın!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info