Qonaq Kitabı
Yar hali-dilimi zar bilibdir, bilirəm

 

Yar hali-dilimi zar bilibdir, bilirəm,
Dili-zarımda nə kim var, bilibdir, bilirəm.

Yari əğyar bilibdir ki, mənə yar olmaz,
Mən dəxi onu ki, əğyar bilibdir, bilirəm.

Zülfünü əhli-vəfa seydinə dam eyləyəli,
Məni ol damə giriftar bilibdir, bilirəm.

Mən nə hacət ki, qılam şərh ona dərdi-dilimi,
Qamu dərdi-dilimi yar, bilibdir, bilirəm.

Yar həmsöhbətin olmazsa, Füzuli, nə əcəb,
Özünə söhbətimi ar bilibdir, bilirəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info