Qonaq Kitabı
Zairi-meyxanəyəm müğ səcdəsidir taətim

 

Zairi-meyxanəyəm müğ səcdəsidir taətim,
Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.

Hər yana baxsam, sürahi tək sücud etmək işim,
Qanda olsam, badə tək düşmək ayağə adətim.

Tövrümə zahid əgər surətdə eylər etiraz,
İxtilat etsəm, onu şərməndə eylər sirətim.

Bəs ki, cami-mey kimi xoş məşrəbü safi diləm,
Hörmətim vacib bilir, hər kim bilir keyfiyyətim.

Mötəbərlikdir qürur əhli, mən ondan fariğəm,
Etibarə çün deyil qabil mühəqqər heyətim.

Eşq ərbabi-vəfadən zail etmiş mehrimi,
Fəqr əsbabi-əlayiqdən götürmüş rəğbətim.

Ey Füzyli, fəqr toprağında dövlət istə kim,
Sayə ol toprağə salmışdır hümayi-himmətim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info