Qonaq Kitabı
Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz

 

Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz,
Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz.

Öylə ağzın təngdir kim, söyləşir saət sənə,
Gərçi nazikdir, verir əlbəttə, bir azar ləfz.

Yetmək olmaz ləfzi-canbəxşinlə ağzın sirrinə,
Vəhydir gyya bu kim, mütləq ağız yox, var ləfz.

Nişə ləlin gec gəlir göftarə, gyya kim, bilir,
Mən kimi, ol ləldən ayrılmağı düşvar ləfz.

Ğönçə ləlinə lətafətdən dəm urmuş, bilməzəm
Neylər izhar eyləgəc ol ləli-gövhərbar ləfz.

Ey Füzuli, istərəm dildar halim sormaya,
Rəşkdən kim, bulmasın vəsli-ləbi-dildar ləfz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info