Qonaq Kitabı
Demiş hər qönçəyə aşiqliyim razın səba derlər

 

Demiş hər qönçəyə aşiqliyim razın səba derlər,
El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox, əmma
Biziz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.

Sənin mehrü vəfa göstərdiyin əğyarə çox gördüm,
Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,
Zəhi imanı yoxlar, küfr söylərlər, xəta derlər.

Mənə derlərdi əvvəl bir mələkdir sevdiyin, hala
Görönlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.

Mərizi-eşq üqdi-zülfün eylər arizu, zira
Müaliclər bu mühlik dərdə müşkildir dəva, derlər.

Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,
Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info