Qonaq Kitabı
Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum

 

Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum
Ki, sübh olunca mürdə cismimi toprağə tapşırdum.

Büküldü qəddim, ahim yetdi xurşidə, saqın, ey məh,
Ki, möhnət oxunu peykanladım, qəm yayını qurdum.

Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş,
Mənəm aşiq ki, seyli-çeşmimi başımdan aşurdum.

Gümanından mürəttib eylədi bürhani-isbatın,
Nə sahib kəşfə kim, dürci-dəhanın sirrini sordum.

Təcərrüd seyrinə sayəmdən özgə bulmadım həmrəh,
Təriqi-eşq içində çoxlarilə durdum, oturdum.

Həvayi-eşq sərgərdanı olmuş girdi-badəm kim,
Savurdum göylərə toprağımı hər qanda kim durdum.

Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı.
Bihəmd-illah ki, can vermək təriqilə inandırdım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info