Qonaq Kitabı
Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun

 

Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun,
Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun.

Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,
Ya havadan mövc urur bağrımdakı dəryayi-xun.

Artırır əyyami-hicranın sirişkim hiddətin,
Müddəti-əyyam mey keyfiyyətin eylər füzyn.

Məskən etmiş yar mari-zülfü, çeşmim rəxnəsin,
Pənd vermiş kim, onu, ondan çıxarmaz min füsun.

Qəti-ülfət, qaliba, düşvardır kim, eyləmiş
Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.

Rişteyi-can eylədim peyvənd tari-zülfinə,
Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.

Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,
Əjdahadır kim, yatır çevrəmdə zənciri-cünun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info