Qonaq Kitabı
Arizin görsə fələk, mehr buraxmaz ayə

 

Arizin görsə fələk, mehr buraxmaz ayə
Zərrə, zərrə qılıb onu buraxar səhrayə.

Surətin əksin alıb, bağə girər hərdəm su,
Rəşkdən qan içirər bərgi-güli-rənayə.

Yeridir əksinə ayinə dəmir bənd ursa,
Nə üçün qarşı durur sən kimi bihəmtayə.

Bulduğu yerdə həsəddən gün urar sayənə tiğ
Ki, rəfiq olmaya sən mahi-mələksimayə.

Oxa peykan dikilir qəmzən üçün peyvəstə
Toxunur tənə oxu qaşın ucundan yayə.

Ləli-nabın sifəti, şəhdi-müsəffadır, leyk
Acı etmiş onu səfrayi-həsəd səhbayə.

Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb,
Necə meyl etmək olur sən kimi bir rüsvayə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info