Qonaq Kitabı
Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur

 

Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur,
Anunçun bəsteyi-zənciri-seyli-əşki-gülgundur.

Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim
Ki, daim ğərqeyi-girdabi-əşki-çeşmi-pürxundur.

Eşit dərdi-dilim, əfsaneyi-Məcnunə meyl etmə
Kim, ol əfsanədən həm anlanan mütləq bu məzmundur.

Fərəhbəxşi-dili-məşuq olur şərhi-qəmi-aşiq,
Sürudi-bəzmi-Şirin, naleyi-Fərhadi-məhzundur.

Kəməndi-çini-zülfün vəhmi getməz zar könlümdən,
Mənə ol riştəyi əjdər qılan bilmən nə əfsundur?

Xəmidə qamətim kim daği-dildən qanə qərq olmuş,
İçində nöqtəsi guya ki, qan altındakı nundyr.

Füzuli, vermədi tən oxları göz yaşinə təskin,
Önün bənd etmək olmaz xarü xaşak ilə, Ceyhundur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info