Qonaq Kitabı
TAPMACA

 

Başı dəmir toxmaq, qulağı qalxan,

Ağzı qoyun gözü, burnu badımcan.

Saqqalı şax dikən, burnu gicitgan,

Paltarı ruhani, sənəti kənkan,

Üzərdə bir quzu, dalda bir aslan,

Şəkildə insan, əsildə şeytan,

Tap, bu nədir, Hatif, məna et bəyan.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, N 11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info