Qonaq Kitabı
ƏZRAİLƏ XİTABİ ”“ RƏBBANİ

 

Oldu ilhami-xudavəndi-cəlil;

Mələkülmövtə ki, ey əzrail!

Etmə qəm, verməgilən istefa,

Səbr elə, qəlbini sıxma, əsla.

Xidmətindən səni məzul etməm,

Ol təbibi özümə qul etməm.

Qullarım həp qırıla, layiqdir,

Zəhr daruləri olsa, həqdir.

Sırf cahil, özü xər, adı həkim,

Onlara mən nə zaman göndərdim?

Hər təbibəm deyənə, aldanana,

Qul deməm, o desə də rəbb məna.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, N 9.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info