Qonaq Kitabı
...AXUNDUN ŞƏRHİ ”“ HALI

 

Didarinə bəski, şövqməndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

İstər ürəyim səninlə bir dəm,

Bir saət ola bir evdə həmdəm.

Bir eyləyə şərhi-möhnətü qəm,

Ta anlayasan ki, paybəndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

Ey qasibi-məsnədi-peyəmbər,

Ey taci-sərim, a molla Çənbər,

Etmiş məni çərxi-dun mükəddər,

Piçideyi-dərd, çün kəməndəm,

Doğru deməzəmsə gör, pəhəndəm.

 

Söylə, necə olmayım cigərxun,

Gözdən məni saldı, milləti-dun,

Olmazmı qalan bu halə, məcnun?

Həsrətkeşi-aş, çayü qəndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

Siz bilmədiniz, nə halə qaldım,

İranda yanıb-yanıb qaraldım.

Həm Qafqaza qovdular, yol aldım,

Burdan da ki, azimi-Xocəndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

Xəlqi azıdıbdı nohəvəslər,

Təsir eləmir qoca nəfəslər.

Hətta azalıb kühənpərəstlər,

Mən tazə deyil, kühənpəsəndəm

Doğru deməzəmsə gər, həpəndəm.

 

Rus ölkəsi, müctəhid, nə xan yox,

Təkfirimə, föhşümə baxan yox.

Xərgahimə su kimi axan yox,

Dərdü qəmü hüznə müstməndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

Didarınız olsa gər müyəssər,

Nəql eyliyərəm sizə mükərrər.

Yıxsın evini xudayi-əkbər,

Dinsizlərə cayi-rişxəndəm,

Nəqqali-hədisü vəzü pəndəm,

Girməz cibə, nizeyi-büləndəm,

Doğru deməzəmsə gər, həpəndəm.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, N 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info