Qonaq Kitabı
EY BAXANLAR...

 

Səhl sanma, mərifət kəsb eyləmək düşvardır.

Adəm olmaqlıq böyük ğəm, bir yekə azardır.

Öylə bilmə elmü sənət oğruluq tək səhldir.

Yol kəsib adəmləri soymaq kimi bir kardır.

Öylə fikr etmə ki, məktəb məclisi-obaşdır,

Ondakı yoldaşların bədkarü bədəfkardır.

Məktəbi, zənn eyləmə kim, bir gülüstandır, yazıq,

Zahiri güldür və alkin batini pürxardır.

Mollanın al pəndini, aldanma, girmə məktəbə,

Onların fikrincə bu iş şiveyi-küffardır.

Rahzənlik sənəti puç olsa, millət puç olur,

Adəm öldürməkliyi əldən buraxmaq ardır.

Ey baxanlar, mollanın ləbbadeyi-qurşağına

Uymayın, qurşaq deyildir, bir yoğun əfsardır.

Başını on yeddi arşın ağə bükmüş məkr ilə,

Adını qoymuş ki, bu əmmamədir, dəstardır.

Bir nəzər sal, sağ tərəfdən sallanır təhtülhənək,

Bu deyil təhtülhənək, adəm çalan şəhmardır.

Rəng-roğən versə də göftarinə diqqət edək,

Eyləyək diqqət, görək əfsanədir, göftardır?

Rahi-molladə əgər qanım tökülsə Şəmşirək,

Uf deməm, bilsəm məkanım axirətdə nardır?

 

 

“Zənbur”, 1910, N 19.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info