Qonaq Kitabı
MƏNƏM

 

Mənəm bir möminü dindar, aqil, əhli-imanəm,

Müqəllid kəndimə, həm aliməm, həm də

müsəlmanəm.

Axundam, vaizəm, şeyxəm, rəisəm əhli-islamə,

Çobanəm, nazirəm bu qusfəndanə nigəhbanəm.

Əlimdə ixtiyarım var, dolandırram biyabani,

Otarram, damlaram, həm sahibəm mən, həm də

dərbanəm.

Müridə mehribanəm, mehriban olduqca dilşadəm,

Müzəyyən süfrələrdə hər gecə bir yerdə mehmanəm.

Təməllüq eylərəm bir löğməyə yağlı-yavan hər nə,

Qarın anbarını doldurmağa müftə, şitabanəm.

Təvazö eylərəm nimxiz olub yüz dəfə, min dəfə,

Ləimə, qatilə, düzdə, dəkadır çünki bikanəm.

Sifətdə abidəm, paltarda seyyid, başda

bambaşqa

Ədəbdə cahiləm, elmim də yoxdur, pək

süxəndanəm.

Ağızdan heyvərə, dildən acı, qəlbim qəsavətli,

Qərəzli, kinli, fikrim hilə, məsləkdə xuliqanəm.

Qanım əsla qarışmaz qatsanız da xuni-ürfanə,

Əzəl xilqətdə xəsmi-elm, əhli-elmü ürfanəm.

Yeni adətlərə, məktəblərə bilcümlə ziddəm mən,

Hələ hürriyyəti-nisvan o əşxasə düşmanəm.

Canım, osmanlılar həddindən aşdı, qaynayıb

 daşdı,

Bu viran olmuş İranə baxıb durduqca heyranəm.

Təmamən aləmi-islam azıb yoldan, təriqətdən,

Çıxıb izdən, şəriətdən, necə gör xanə viranəm.

Əgər boylə gedərsə puç olur mollalığın şəhri,

Cibişdan boş qalır, qaldıqca boş hali

pərişanəm.

Bunu pişi-nəzərdə tutmuşam kim, fəhmi-vəhşətdən,

Dəmadəm qarğaram ariflərə, təkfir quyanəm.

Xülasə, yaşdır işlər, əskilir gündən-günə

 hörmət,

Peyapey izzətim, şanım gedir, çaki-giribanəm.

Nə təqsir eyləmişdimsə bu aləmdə, xudavənda,

Bağışla, tövbə etdim, cümləsindən mən peşimanəm.

 

 

Şəmşirək

“Zənbur”, 1910, N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info