Qonaq Kitabı
1910 ”“ CU İLƏ VİDA

 

Doqquz yüz onuncu il də bitdi,

Doqquz yüz on birinci yetdi.

Bəxş etdi bu il cəhaniyanə,

Min dürlü həvadisü fəsanə.

Boş qalmadı, ərseyi-siyasat,

Yüz verdi mühüm, qaç vüqüat.

Əz cümlə düzəldi kari-İran,

Tək əllicə kənd olundu viran.

Bir dəfə nə iğtişaş, üsyan,

Oldu neçə qətlü qəsbü talan.

Qət eylədi ki, gələ parlaman

İranə dübarə Zillü-Sultan.

Avropaya getdi Mədəli şah,

Fikri nə isə, bilir bir allah.

Bu ildə Tolstoyun vəfatı,

Məyus buraxdı şeş cəhatı.

Osmanlılar aldı nəqd pul qərz

Almaniyadan, olmuşdu çün fərz.

Çox qan axıdıldı Portuqalda, 

Axırda qovuldu lap kral da.

Bakudə bir özgə yerli tacir

Tab etmədi, boynu sındı axir.

Qırx-əllicə min manatı uddu,

Hülqumunu pullunun qurutdu.

Həm Gəncədə qalmış indi bir az,

Sınsın beli, vardı neçə bəzzaz.

Sel gəldi, Şəki dağıldı, batdı,

Məktəb sözü elm işilə yatdı.

Namusə ədulər əl uzatdı,

Yatmışları bilmə ki, oyatdı.

Yüz min oxumuş olundu təkfir,

Məşrutəçilər edildi təhqir.

Mollalar əzəlki tək dayandı,

Məcmuəçilər işi yubandı.

Əlqissə, bu il çox işlər oldu,

Yer yoxdu yazam, səhifə doldu.

Bu həftə qurub biz ictimai,

Köhnə ilə eylədik vidai.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 42.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info