Qonaq Kitabı
TAZİYANƏ

 

Kəndini molla eyşü ləzzətdə

Bu cəhan içrə bərhəyat istər.

Mayeyi-eyşi etməyə əldə

Büsbütün milləti məmat istər.

Canını aldı vəqti-fürsətdə,

Mürdəsindən də beş mənat istər.

Mələkülmövtə hini-rəhlətdə,

Yoxdu can verməyə bu millətdə.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 36.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info