Qonaq Kitabı
SEYİD ƏZİMƏ BƏNZƏTMƏ

 

Səni məşrutəçi bilmişdim, ay gic, bəd ədasənmiş,

Üzərdə xoş, vəli batində bir mərdi-dəğasənmiş.

 

Rəyasət şövqi imiş başını gərm eyliyən əvvəl,

Həvayi-zülmi-istibdad ilə beyrəqgüşasənmiş.

 

Səni əvvəlləri gördükcə, əhsənlər oxurdum mən,

Qələtlər etmişəm, şayəsteyi-bəd, bədduasənmiş.

 

Səni mirati-amali-vətəm bildi yazıq millət,

Bərabər durdu, amma əyri gördü, kəcnümasənmiş.

 

Səni iranlılar adəm bilib, qondardılar sədrə,

Fəqət adəm deyilsənmiş, gəda oğlu gədasənmiş.

 

Eşitcək adını əvvəl, soruşdum kimdi bu? Yaran!

Sükut etdi hamı, bildim ki, bir əhli-cəfasənmiş!

 

Səni hansı ana doğmuşsa da, İran böyütmüşdür,

Həram olsun səna əmdiklərin, madərxətasənmiş!

 

Əcəb hürr oldu İran, əhdinə yaxşı vəfa qıldın,

Səhabi-zülm, istibdaddə bərqi-bəlasənmiş!

 

Qarışdırdın, pozuşdurdun, tutuşdurdun, vuruşdurdun,

Əcəb namərd, namərbut, bimehrü vəfasənmiş!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 35.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info