Qonaq Kitabı
GÜLÜŞMƏ

 

                         

               (Molla və mürid)

 

Molla: – Eşidibsənmi, balam, tazə xəbər?

Mürid: – Nə, axunda, nə olubdur ki, məgər?

- Gözün aydın ki, qəzetlər qapanıb!

- Mən ölüm! Hankısı, hankı qapanıb?

- Bağlanıbdır o “Həqiqət” və “Səda”,

- Həmdüillah!.. ikisi ha... xa, xa, xa!

- Di, sevindirməmi ver, şad oldun!

Mürid: – Ax, nə allah tərəfi oldu bu iş!

- Çox olar, qəlbini sən saxla geniş!

- Nə səbəb oldu ki, bağlandı bular?

- Baisi oldu “zabastovqa”çılar!

- Qanmıram, söylə “zabastovqa” nədir?

- Yəni işçiləri tətil elədi!

- Elə tətil ilə tətil olunub?

- Bəli, tətil ilə tətil olunub.

Məyusanə: - Elə bildim ki, hökumət qapayıb,

Dadı yox, indi ki, millət qapayıb.

Ax! bu qəzetlərdə necə heyfim var!

Gər hökumət qapaya keyfim var.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 34.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info