Qonaq Kitabı
İKİ SƏS

 

Nədir, ah, ah, bilməm, genə bu sədayi-dilkəş,

Bu nəvayi-dilxəraşü o simai-sövti-sərkəş.

Bu inilti, bu sızıltı, bu qiyafəti-müşəvvəş.

O büsati-dilgüşai, sərə, xaneyi-münəqqəş.

Bu nə cangüdaz səsdir, eşidənlər eliyir ğəşş.

O büsat içində hazır, bütün eyş, pak, biğəş

O həzin, o ac kimdir!     

Belə xoşməzac kimdir?!

 

Düzülüb süfufi-mehman, gediyor şətarət ilə,

Geyinibdir ağ molla, yeriyir nəzakət ilə.

Tələbə, mürid, gəllə dalında məharət ilə.

Neçə hacı, kərbəlayı, məşədi təharət ilə.

Dəxi bircə dilşikəstə sürünür nə halət ilə.

Edilir hücum, yarəb, nərəyə, cəmaət ilə.

Bu zəlilü ac kimdir?

O əmmamə, tac kimdir?

 

Genə, şübhəsiz, bir evdə olunub tədarük ehsan,

Yenə dəmlənib səmavər, qurulubdu qəhvə-qəlyan.

Salınıbdı süfrə, səngər, çəkilib plov, fisincan,

Hamıda sürurü-behcət, hamı məst, şadü xəndan,

Hamı süfrəyə müqərrəb, hamıda təlaş, həyəcan.

“Buyurun” xodu verilcək, düşəcək işə dəyirman.

Füqəranı mən üçün var qapıda iki nigəhban.

Bu həzinü ac kimdir?!

O əmmamə, tac kimdir?!

 

Sənin, ay fələk, cahanda nə çəkilməz işlərin var,

Nə duyulmayan əməllər, nə əcəb gəzişlərin var?

Neçə Molla Qəhrəmanın, neçə hacı məmişlərin var,

Bəyə, xanə, əğniyayə yeməyə yemişlərin var,

Füqərayi-bipənahə məşədi qəmişlərin var,

Ona qatletin, kəbabın, buna sərzənişlərin var.

O pilovturac kimdir?!

De, bu laəlac kimdir?!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 34.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info