Qonaq Kitabı
TAZİYANƏ

 

Mali-dünyayə kişi bənd olmaz,

Maliyi-cifə, xirədmənd olmaz.

Dedi minbərdə bu gün molla Namaz;

Nari-cənnət belə peyvənd olmaz.

Cahili-sırf, müsəlman bəndə

İki dünyada da xürsənd olmaz.

İstə ya cənnəti, ya ərafı,

Həm Buxara, həmi Koqənd olmaz.

Nədi bir bunca həvəs, hirs, təmə,

Sana bundan da gözəl pənd olmaz.

Mən “bəyəndim” sözünü mollanın,

Xəlqi soymağa belə fənd olmaz.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 33.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info