Qonaq Kitabı
İRANLIDIR

 

Hər məkanda görsəniz bir biqərar, iranlıdır,

Qürbət eldə sinəçakü dağidar, iranlıdır,

Həsrəti-əhli-əyalü intizar, iranlıdır,

Amirə, məmura, fərraşə düçar, iranlıdır,

Naibə, xanə, əmirə mərdi-kar iranlıdır!

 

Zülmə tab etməkdə bu qövmin yədi-tulası var,

Hər cəfa ilə əyilməz, qaməti-balası var.

Kefini pozma: onun tiryakı var, hoqqası var,

Rahətü məstü xərabü xar-zar, iranlıdır,

Hər məkanda görsəniz bir biqərar, iranlıdır!

 

Gah hürriyyətçidir, çünki buna möhtacdır,

Canfəda, Səttar, Bağıra, başlarında tacdır.

Qəhbə istibdad əlində gahi də qırbacdır.

Gündə bir rəngə düşən bietibar, iranlıdır,

Bivəfalıqda cəhanə aşikar, iranlıdır!

 

Qaldıran Səttarı min izzətlə gahi başına,

Gah Sipəhdarı çəkən yüz naz ilə ağuşuna,

Gah çəkib tiği-xüsumət canfəda qardaşına,

Qəhrəmanın tapdadan binəngü ar, iranlıdır,

Mollası, şahı, vəziri hiyləkar, iranlıdır!

 

Öldürən bunlar, ölən bunlar, yanan bunlardır,

Odlayan bunlar deyildir, odlanan bunlardır,

Xainə, şeytanə hər dəm aldanan bunlardır,

Alimi-cahilfəribü fitnəkar, iranlıdır.

Sahibi-əqli və təmkinü vüqar, iranlıdır!

 

Haq yaratmış, başqulaqlı, bir cürə insandır,

Sanki İran içrə bunlar gəlmə, ya mehmandır,

Şiri-püstani-vətən boldur, fəqət ətşandır.

Özgələr sirab, o püstandan kənar, iranlıdır.

Öz evində görsəniz, bir dilfikar, iranlıdır!

 

Anlamaz nəfü zərər, kimdir ona düşmən və dust,

Fəxr ilə baş qavzamaz, daim xəcalət, sərfrust,

Əski dövr, əski idarə, əski adəm ust-uot;

Halı mazidən acı, bir zəhrmar, iranlıdır,

Məsləkində, həm sözündə “payidar”, iranlıdır,

Aləmi-islamə çayü “iftixar”, iranlıdır!

Layiqi-dünya deyil, gorü məzar, iranlıdır!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 33[i].



[i] “İranlıdır” şeiri “Günəş” qəzetində də çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info