Qonaq Kitabı
AY KİŞİ!

 

Çəkməyi qeydi-milləti, eyləmə adət, ay kişi!

Batsa tamami-millətin, etmə səxavət, ay kişi!

Dərdü məlali-ümmətə olsa nəhayət, ay kişi,

Etmək olurmu onda bəs kəsbi-şərafət, ay kişi?!

 

Durma ayağə, çeşmini açma bu xabdən hələ,

Dursan ayağə, başını, bil, salacaqsan əngələ.

Yuxla xorultu ilə sən əlli sənə elə belə.

Xabi-cəhalət içrə həm keyf ilə çorsu bəng ilə

Xoşdu bu cəhlü qəflət, çirkü kəsalət, ay kişi!

Batsa təmami-millətin, etmə səxavət, ay kişi!

 

Uyma qəzet yazanların söhbətinə, səvalına,

Baxma fəqiri-müztərin yanıqlı ərzi-halına.

Vermə pulun uşaqların elmü ədəb, kəmalına,

Xərc elə balü qaymağa, börkə və tirmə şalına,

Beşcə günü ye, iç, kökəl, sağü səlamət, ay kişi!

Batsa təmami-millətin, etmə səxavət, ay kişi!

 

Alma qəzet, həramdır, jurnala vermə dirhəmi,

Ruzi-cəzadə anına çəsb edəcəkdilər həmi..

Rəngü həna yaxıb qızart, cəm elə rişi-bərhəmi.

Qoyma cərahəti-dili-millətə elm mərhəmi,

Dərdinə qalma bir kəsin, qopsa qiyamət, ay kişi!

Batsa təmami-millətin, etmə səxavət, ay kişi!

 

Əzbər elə dilindəcə kəlmeyi-küfrü dəmbədəm,

Aləti-kəsb əlindəcə eylə şəriəti, nə qəm.

Qurşağı bağla, kürkü sal çiyninə, ol da möhtərəm

Qüslü təharət ilə hey dəng elə xalqi, lacərəm,

İstəsələr də bir qəpik, vermə ianət, ay kişi!

Batsa təmami-millətin, etmə səxavət, ay kişi!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info