Qonaq Kitabı
QOCALDIM

 

 

Qocaldım, gedibdir zəmani-şəbabım,

Alınmaz səvalım, verilməz cəvabım!

 

Qocalmazdı könlüm, qocaltdı zəmanə,

Əyilməzdi qəddim, dönübdür kəmanə,

Ağarmağı muyin olurmuş bəhanə?

Yaxan yox hənanı, edən yox xəzabım!

Alınmaz səvalım, verilməz cəvabım!

 

Nə munis, nə həmdəm, qapımdan girən yox,

Qocalmış bu arvad, məni dindirən yox,

Nə mütə, nə siğə, bir evləndirən yox,

Çoxalmış günahım, azalmış səvabım!

Alınmaz səvalım, verilməz cəvabım!

 

Mənabirdə molla edir bu xitabı,

Yazılmış kitabə ki, çoxdur səvabı,

Edən mütə görməz cəhənnəm əzabı!

Qiyamətdə olmaz hesabım, kitabım!

Alınmaz səvalım, verilməz cəvabım!

 

Budur fikrim: indi alım bircə övrət,

Gühənsalü pirəm, edim eyşü işrət,

Bu aləmdə ləzzət, o aləmdə cənnət!

Bu həqqü hesabım, o karü səvabım!

Gərəkdir şitabım, o karü səvabım!

Gərəkdir şitabım, nədir ictinabım!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1910, N 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info