Qonaq Kitabı
AMALİ-HÜRRİYYƏT

 

(möhtərəm Sabirin bir şerinə nəzirə)

 

Münadi qeybdən hər gün deyir təkbiri-hürriyyət!

Verir hatif bizə hər ləhzədə təbşiri-hürriyyət!

 

Əgərçi zahirən meydani-hürriyyət dolu qandır,

Axır xuni-şəhidan seyltək bipayü payandır.

Bütün ətrafı ədlin, gərçi adəmxar heyvandır,

Üşünmə, qorxma, onlar cümləsi biruh, bicandır,

Müqabildə duranlar şirdən qüvvətli insandır!

Demə, hürriyyət olmaz ölkəmizdə, qeyri-imkandır,

Münadi qeybdən hər gün deyir təkbiri-hürriyyət!

Verir hatif bizə hər ləhzədə təbşiri-hürriyyət!

 

Amandır, eyləmə hər gün məni amaldən növmid!

Olan cari bu gün İrandakı əhvaldən növmid,

Demə, mən olmaram hər sözlə istiqbaldən növmid,

Hərasan olmam istibdadən, iqbaldən növmid,

Olurmu aşiqi-hürriyyəti-nosaldən növmid?

Olum, söylə, necə zibayi-biəmsaldən növmid?

Verir hatif bizə hər ləhzədə təbşiri-hürriyyət!

Münadi qeybdən hər gün deyir təkbiri-hürriyyət!

 

Inan, minbəd olmaz dəhrdə xoşbəxt, istibdad,

Uzaq getməz, yüzi quylu düşər həm bəxti-istibdad,

Olur da cilvəgahi-ədl, tacü təxti-istibdad,

Alır pişi-ədalətlə cəzayi-səxt istibdad,

Olur hürriyyətin pamalı, əsrü vəqti-istibdad,

ədəmdünyasına etməkdə nəql, rəxti-istibdad,

Verir hatif bizə hər ləhzədə təbşiri-hürriyyət!

Münadi qeybdən hər gün deyir təkbiri-hürriyyət!

 

Deməm ki, imdilik bənzər vətən səhni-gülüstanə,

Deməm ki, düşməyib əhli-vətən kuhu biyabanə,

Deməm ki, batmayıb xaki-vətən yaqut tək qanə

Vəli, əhrari-İran bir təsəlli bəxş edir canə,

Keçibdir malü canından diliran mərdü mərdanə,

Həqiqət cadəsində gör nə eylər piri-hürriyyət!

Vətən məxrubəsin abad edər tədbiri-hürriyyət!

 

Deyil İran, bütün afaqı dutmuşduşu istibdad,

Edildi bilmürur Avropa işbu qeyddən azad.

Dünən çəngali-istibdaddə etmirdimi fəryad?!

Olundu iştə osmanlı bu gün hürriyyət ilə şad!

Olur bir gün, görür aləm, olub İranzəmin abad,

Dağılmazsa, yığılmazsa, bir məsəldir, söyləmiş əcdad.

Verir əhvali-halə büsbütün təğyir hürriyyət!

Qələm azad olur, Bikəs yazar təbşiri-hürriyyət!

 

 

Əli Məhəmmədzadə Sərabi

“Tərəqqi”, 1909, N 141.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info