Qonaq Kitabı
DE

 

Bakı demə, şəhri-mülazəl füqəra de!

Bakı demə, bir mənbəyi-molla, füqəha de!

Bakı demə, bir kaşıfı-əsrari-xəfa de!

Bakı demə, bir mədəni-ənduhü bəla de!

 

Bakı deyirəm, bak edirəm yol kəsənindən,

Xof eyləyirəm həm yağanından, əsənindən.

Mən qorxuram Allahqulusundan, Həsənindən,

Əfsanə demə, sözlərimə sidqü səfa de!

Bakı demə, bir mədəni-ənduhü bəla de!

 

Canım sıxılır Məşhədi Abbasını görçək,

Rəngim qaçır a... beldə kərastasını görçək,

Halım pozulur seyyidü mollasını görçək,

Molla demə, ağayi-əmirilüməra de!

Bakı demə, bir mənbeyi-molla, füqəha de!

 

Bakı sözü Avropada övradi-zəbandır,

Bakı qoçusu sərvəri-əşrari-zəmandır.

Bakı, Quba meydanına bax, dopdolu qandır,

Bakılı demə, əhlinə, pamali-cəfa de!

Bakı demə, bir mədəni-ənduhü bəla de!

 

Bakıda gedibdir qabağa xeyli maarif...

Artıb nə qədər intiligent, alimü arif,

Olmuş neçə milyon bu cənabanə məsarif

Bakıya de, bunlarda tapılmazmı dəva, de?

Bakı demə, bir məcmeyi-əhli-ürəfa de!

 

Mollalıq ibarətdi əba ilə qəbadan,

Ariflik özü büxlü həsəd, şürbü zinadan

Kim der ki, əsər yox belə Bakıda vəfadan?

Bakı demə, cövlangəhi-əşyaxi-səba de!

Bakı demə, illətlər üçün dari-şəfa de!

 

Bakı demə, almış yeni bir rəng, yeni bu,

Bakıya de,əski, yeni pir, kaşıfıdır bu.

Bakıda demə dilbəri-hürriyyət açar ru,

Bakıda əsarətdədi bilfel nisa de!

Bakı demə, bir məskəni-cəkkadü cəfa de!

 

Bakı demə, darül-fəqru gəda de!

Bakı demə, bir məxzəni-ərbabü ğina de!

Bakı demə, bir mərhəmətü lütfi-xuda de!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 42.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info