Qonaq Kitabı
LÖVHİ-MƏKATİB

 

Məkatib bir təzəlzülgahi-şərü elmi-ədyandır,

Məkatib bir təcəlligahi-bidinani-küfrandır...

 

Məkatib bir tədənnigah, zülmətgahi-ümmətdir,

Məkatib cilvəgahi-milləti-biəqlü imandır.

 

Məkatib bir zəlalətxanədir kim, məşqu təlimi

Hiylədir, fitnədir, bijlik, bütün əmali-şeytandır.

 

Məkatib bir bəlayi-nagəhan mazipərəstanə,

Məkatib bir zityabəxşayi-qəlbi-növpərəstandır.

 

Məkatib bir dikəndir çeşmi-nahəqbini-mollayə.

Məkatib birdəvayi-dərdi-çeşmi-nopərəstandır.

 

Məkatib kim deyir ki, mənbəyi-nuri-maarifdir?

Məkatib rəhnumayi-inqilabü kani-üsyandır.

 

Məkatib gülşənistani-ədəbdir – derlər, amma kim,

Məkatib möhnətəfza, bircə xaristani-xəsrandır.

 

Məkatib baisi-ibqayi-millətdir demə, haşa!

Məkatib başlıca alati-təxribati-kənkandır.

 

Məkatib bir dandırır, əstəğfürullah, gavü mahini,

Məkatibdə müəllimlər deyirsənmi müsəlmandır?

 

Məkatibdə edir təhsil uşaqlar xarici elmi,

Olur süst etiqadı, sanki ermən, rus, yunandır,

 

Məkatibdə bütün adati-əslafın olur fani,

Nə işdir bu, nə bidətdir, babam, məktəb nə virandır?

 

Məkatib qurtaran tərcih edər dünyanı üqbayə,

Məkatib qurtaranlar münkiri-cənnati-rizvandır,

 

Üsuli-tazə məktəb? Ax bu məktəblər, bu viranlar.

Bulardır mənbəyi-mürtəl, babi, küfrü moltandır.

 

Nədir, Allahu əkbər, bunca tüğyan, bunca küfranlıq?

Deyirlər hərlənir Yer, fırlanır Gün, əql heyrandır.

 

Edirlər iddia bəziləri kim, Ay, ulduzlar

Ziyayi kəsb edir Gündən, yalandır, məhz böhtandır.

 

Sığarmı əqlinə bir zərrə imanı olan şəxsin,

Batarmı beyninə bunlar?! Bu işlər sirri-pünhandır!

 

Vəli, məktəblər artıqca, mənim də qəmlərim artır,

Çoxaldıqca həvəskarı, mənim halım pərişandır.

 

Məkatib qurtaranlar istəyir hürriyyəti-nisvan,

Bu məşrutə, bu hürriyyət filandır, bir də behmandır.

 

Bu istəklər bütün ziddi-şəriətdir, təriqətdir,

Hicabı sevməyənlər hər vilayətdə nümayandır.

 

Şəriət istəyənlər hər tərəfdə xarü zar oldu,

Yazıq “dini-məşəqqət” dəmbədəm çaki-giribandır,

 

Xülasə, məktəbə allanmayın siz, ay müsəlmanlar!

Kim olsa aşiqü talib ona, axır peşimandır.

 

Yazıqdır, verməyin məktəblərə biçarə səbyanı

Deyil məktəb, deyil məktəb, bu viranxanə zindandır.

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 42.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info