Qonaq Kitabı
ƏLHƏMDÜLİLLAH

 

Əlhəmdülillah, işlər yubandı,

Dövri-zəmanə tərsə dolandı.

Il karvanı qaldı, dayandı,

Oldu qaranlıq, gün daldalandı.

Hər gün çapıldı, hər gün talandı,

Axır “Tərəqqi” işdən usandı.

Çün “İttifaqı” cəbrə qapandı:

Şad oldu millət, ay maşaallah,

Işlər yubandı, əlhəmdülillah...

 

Hər ildə çıxdı bir ruznamə,

Elan olundu xasü əvamə.

Olduq qəzetli! İrdik də kamə,

Beş gün yazıldı, yetdi təmamə,

Qurtardı kağız, həm sındı xamə,

Çıplaq qılınc tək girdi niyamə,

Bağlandı, i.lər çatdı xitamə.

Çünki ziyandır, vallah və billah,

Işlər yubandı, əlhəmdülillah...

 

Bilməm, həqiqət, kimdir müqəssir?

Işlər gedir həp bərəksi-tədbir!

Olmuş əzəldən ya boylə təqdir?

Boş-boş nədir bu göftarü təqrir?

Lafü kəzafü təbirü təfsir?

Etdi qənilər iflas bir-bir,

Ya kim, deyildir millət qəzetgir?

Yansın bu millət, batsın görüm, ah,

Işlər yubandı, əlhəmdülillah...

Əlhəmdülillah... əlhəmdülillah...

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 3.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info