Qonaq Kitabı
MƏDƏLİ

 

Vah, bu imiş, bəs, hünərin Mədəli?!

Qışqırığın, şurü şərin Mədəli?!

 

Aləmi basmışdı səsin, sövlətin,

Sinələrə dolmuş idi heybətin.

Titrədir idi hamını sətvətin,

Gündə gəlirdi xəbərin, Mədəli?!

Vah, bu imiş bəs hünərin, Mədəli?!

 

Biz elə bildik ki, sən agahsən,

Təxti-Cəmin sahibisən, şahsən,

Zillüllahi və Yədullahsən...

İndi hanı? Yox əsərin, Mədəli?!

Vah, bu imiş bəs hünərin, Mədəli?!

 

Biz səni fikr eylər idik əjdəha,

Niyyətimiz oldu bütün bərhəva.

Indi edibsən nərəyə iltica,

Arvad, uşağın, pəsərin, Mədəli!

Vah, bu imiş bəs hünərin, Mədəli?!

 

Annamıram mən hələ bu illəti

Kim, niyə məhv eylədin milləti?

Axırı çəkdin bu yerə ümməti:

Düşdü ələ taci-zərin, Mədəli!

Harda qalıb taci-sərin, Mədəli?!

 

Oldu siyəhpuş bütün irtica,

Yekcəsini qapladı dərdi-səda.

Eyləgilən səltənətə əlvida,

Düşdü uzağə səfərin, Mədəli!

Vah, bu imiş bəs hünərin, Mədəli?!

 

Qalmış idi harda Bəhadir cəfəng

Eylədilər başıba dünyanı təng,

Eyləmə İranda təfəqqüf, dirəng,

Oldu Krım rahgüzərin Mədəli!

Düşdü uzağə səfərin, Mədəli!

 


Şəmşirən

“Zənbur” 1909, N 20.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info