Qonaq Kitabı
MİFTAHÜLFƏRƏC

 

Düşmən çoxaldı seyltək,

Əssəbrü miftahülfərəc!

Qızdı cəmaət fil tək,

Əssəbrü miftahülfərəc!

Səbr eylə, “Zənbur”, ağlama,

Qəlbi-fikarı dağlama,

Kağız-kitabı bağlama,

Müstəqbəli lağlağlama,

Əssəbrü miftahülfərəc!

Eylə təhəmmül zillətə!

Təkfirə, tənə, lənətə,

Baş ol beyinsiz millətə,

Bəlkə çıxar əmniyyətə,

Əssəbrü miftahülfərəc!

Batmışdı bir gün bir ulaq

Palçıqda biquyruq, qulaq,

Həm sahibi qoldan çolaq,

Barı genə söylərdi lağ

Əssəbrü miftahülfərəc!

Nəs-nəs dinib asqırma tək,

Yanmış şama vurma ətək.

Şan-şan da olsan çün kötək,

Əssəbrü miftahülfərəc!

Ay səbri- miftahülfərəc!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 15.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info