Qonaq Kitabı
OD TUTUB ODLANDI VƏTƏN...

 

Şahidi-hürriyyət əzakar imiş,

Ax, bu gözəl türfə dilazar imiş!

 

Dil verə kim dilbəri-hürriyyətə,

Bəlkə düşərmiş ələmə, möhnətə!

Bilsə idim uymaz idim söhbətə

Vəsli ilə düşməz idim niyyətə!

Mən nə bilim böylə cəfakar imiş,

Ax, bu pərişən nə dilazar imiş!

 

Aşiqi-rüxsarı o hurin məgər,

Etməlidir tərki-bədən, canü sər?

Od tutub odlandı vətən sərbəsər,

Olmadı evladi-vətən bəxtəvər.

Nəxli-ümid bibərü bibar imiş,

Şahidi-hürriyyət əzakar imiş!

 

El hələ məşrutəni təqdir edir,

Aşiqi-hürriyyəti təhqir edir.

Molla çıxır minbərə təkfir edir,

Babi, bəhani deyə təbir edir.

Ax, bu yazıqlar özü bidar imiş!

Yekcə xuda bəndəsi, dindar imiş!

 

Nəxli-əməl gəlməyəcək hasilə,

Kəştiyi-qəm çıxmayacaq sahilə,

Yüz ilə durmaz hələ bu qafilə,

Dursa da yetməz, bilirəm, mənzilə,

Mollanüma millətə sərdar imiş,

Ax, bu gühənlər necə biar imiş!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 10.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info