Qonaq Kitabı
UYMA DÜNYAYƏ...

 

Uyma dünyayə, ey dili-qafil!

Nə olur bu əcuzədən hasil!

Əlivi vurma, dur kənardə bax

Olma, biçarə, cifəyə mail.

 

Yemə! Əl-ağzını bulaşdırma,

Gah onu, gah bunu dolaşdırma.

Üstüvə itləri ulaşdırma,

Eylə dəryuzəlik olub sail.

 

İstəmə, pənc ruzədir dünya:

Nədi bu vurhavur, nə bu sövda,

Çünki baqidir axirət, üqba!

Bu fəna ruzgarə bağlama dil.

 

Dinmə, qoy yolsun özgələr tüküvü,

Sən də sat yorğanuvi, örtügüvü.

Yüngül eylə, səfərdəsən: yüküvü,

Elə bil ki, gəlibdir əzrail.

 

Satgilən, evdə qoy nə qab, nə qazan,

Övrətə bəsdir bir mitil yorğan.

Gedib ol kərbəlayi, hacı iman,

Vara bənd olma! Adə, ol mail,

 

Lacərəm, mərdi-tənbəlü kahil,

Nə nəhəd bər bəqayi-millət dil.[1]

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 9.

 


[1] Millətin yaşamasına könül vermə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info