Qonaq Kitabı
NƏSİHƏT

 

Dilini saxla, əlaman, “Zənbur”!

Elə getmə, bir az dayan, “Zənbur”!

Atını sürmə qanlı meydanə,

Nişini vurma xanə, əyanə.

Məsxərə yazma şahə, sultanə.

Eyləmə naləvü fəğan, “Zənbur”!

Elə getmə, bir az dayan, “Zənbur”!

 

Özünə düşmən etmə milləti sən,

Abrudan düçürmə ümməti sən.

Çıxarammazsan işbu illəti sən,

Hələ bu cismidən, inan, “Zənbur”!

Dilini saxla, əlaman, “Zənbur”!

 

Dolaşıb şeyxə, dəymə mollayə,

Qoçu, oğru, dəni, nə əlayə.

Bax axundun əlindən fitvayə.

Səni təkfir edər həman, “Zənbur”!

Oxuyar lən əbləhan, “Zənbur”!

 

Hanı “Yoldaş”, “Rəhbər”ü “Bəhlul”?

Həm “Dəbistan”, “Təkamül”ü “Kəşkül”?

Biz “Füyuzat”ı bağladıq, ay oğul,

Aşikara, deyil nihan, “Zənbur”!

Olacaqmı sənə əyan, “Zənbur”!

 

Olunursan bu gün-sabah təkfir,

Edilirsən bu şəhrdə təhqir.

Eylənir məsləhət, olur tədbir,

Oxunur nitqlər əyan, “Zənbur”!

Eyləmə nitqini bəyan, “Zənbur”!

 

Görmürsənmi “Molla Nəsrəddin”,

Oldu əndində millətin bidin

Qisməti “od”, qazandığı nifrin,

Əli qoynunda, bağrı qan, “Zənbur”!

Olacaq fövt nagəhan “Zənbur”!

Eyləmə sən dəxi fəğan, “Zənbur”!

Dilini saxla, əlaman, “Zənbur”!

 

Şəmşirək

“Zənbur”, 1909, N 7.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info