Qonaq Kitabı
QƏZƏLƏ BƏNZƏTMƏ

 

Bütün vücudi-zəifim bəla ilən doludur,

Bu qəlbi-pür əməlim ah-vah ilən doludur.

 

Yetər qulağıma hər ləhzə bangi-puçapuç,

Mühat olub bədənim bu səda ilən doludur.

 

Təmam aləmi-islamı yandıran atəş,

Düşüb də ruhimə suzü nəva ilən doludur.

 

Güləndə özgələri, ağlıyar müsəlmanlıq,

O yanda xəndə, bu yan hay-hay ilən doludur.

 

Dəli kibi hərə bir səmtə döndərib yüzini,

Piyan “mujik” kibi başlar həva ilən doludur.

 

Deyir mənəm biri sünni, biri deyir şiə,

Belə-elə-belə çunü çarə ilən doludur.

 

Nə ittihad iyi, nə buyi-ittifaq gəlir,

Riyadır işlərimiz, həp riya ilən doludur.

 

 

1909

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info