Qonaq Kitabı
TƏRİFİ ”“ GƏNCƏ

 

Vəh nə yaxşı xəbərnigarın var,

Mərhəba Gəncə, mərhəba Gəncə!

Pəh, pəh, aləmdə etibarın var,

Mərhəba Gəncə, mərhəba Gəncə!

 

Afərin abinə, həvanə sənin,

Elmlilər yatan yuvanə sənin.

Müxbiri-baəba-qəbanə sənin,

Ümdə bir şəxsi-hiyləkarın var,

Mərhəba Gəncə, mərhəba Gəncə!

 

Qələm əhli olubdur obaşın,

Pişirir bir çanaqda bozbaşın,

İndi şəxsi-qərəzlə külbaşın,

Oynadır xamə, iştiharın var,

Mərhəba Gəncə, mərhəba Gəncə!

 

Olmuş indi mühərririn anan,

Fikri ifsad, məsləki-xuliqan,

Mərhəba, ay can, mərhəba, ay can,

Nə deyim ki, qərəzşüarın var,

Mərhəba Gəncə, mərhəba Gəncə!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 50.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info