Qonaq Kitabı
GƏLDİM

Qarabağdan səfər etdim,

Mülki-Şirvana mən gəldim.

Məcnuntək düşdüm səhraya,

Dəli-divana mən gəldim.

 

Şamaxı şəhərinə yetdim,

Əcayib seyrilə etdim,

Daşkəsən gədiyin ötdüm,

Bilki Rizvana mən gəldim.

 

Xoşdu Cavanı yaylağı,

Soyuq sular tər bulağı,

Bahar fəslin gəlin çağı,

Əcəb xəndana mən gəldim.

 

Mən valehəm Zərniyara,

Sığındım Pərvərdiyara,

Canımı saldı odlara,

Misli pərvana mən gəldim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info