Qonaq Kitabı
GƏLMİSİZ

Toy düyündən gələn qızlar, gəlinlər,

Toyunuzdan əcəb allı gəlmisiz.

Aşıq öldürməkdə vardır qəsdiniz,

Fikr eləyib nə xəyallı gəlmisiz.

 

Biri-birisini çağırır bacı,

Bir dərdə düşmüşəm, yoxdur əlacı,

Nə vaxtdı dahanım dadıyır acı,

Üçünüz də ləbi ballı gəlmisiz.

 

Eynini eynimdən eyləmə iraq,

Axıban didəmdən tökülər fəraq,

Bir sənəm, bir Valeh, bir xəlvət otaq,

Heyif ola, qalmaqallı gəlmisiz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info