Qonaq Kitabı
SAMBUR

Əsriyib-əsriyib kükrəyib axan,

Ağzı ağ köpüklü divanə Sambur.

Atanın-ananın bircə oğluyam,

Qıymagilən sən bu mehmana, Sambur.

 

Qanlı-qanlı qayalardan çıxırsan,

Şaqqıldayıb hər dərədən axırsan,

Yerdən tərpənəndə evlər yıxırsan,

Baxmazsan heç yaxşı-yamana, Sambur.

 

Valeh deyir, bulaqlardan gözün var,

Güclüsən sən, qüvvətli də sözün var,

Nə çox şaqqaların, nə çox izin var,

Neçəsin vermisən ziyana, Sambur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info