Qonaq Kitabı
DİLBƏR

Durum dolanım başına,

Aşığından küsən dilbər.

Üzüm sürtüm ayağına,

Nə mən dinim, nə sən, dilbər.

 

İtirmişəm maralımı,

Bir sinəsi yaralımı,

Gündüz səbrü qərarımı,

Gecə yuxum kəsən dilbər.

 

Bu nə adətdir insanda,

İxtiyar qoymadın canda,

Bu zülm olmaz müsəlmanda,

Kafirmisən, nəsən, dilbər.

 

Görmədim mən sən tək yağı,

Sinəmə çəkmisən dağı,

Üzümə çəksinlər ağı,

Görən desin usan, dilbər.

 

Valeh əzəl bir bəydi,

Qaşların qəddimi əydi,

Nə dedim ki, sənə dəydi,

Bu mən, dilbər, bu sən,dilbər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info